Sual-cavab
Erius siropuna qarşı allergiya ola bilərmi?
Erius siropundan allergiya ola biləcəyi sualına cavab vermək üçün allergiya anlayışına müraciət etmək lazımdır. Beləliklə, allergiya immunitet sisteminin hər hansı xarici amilə reaskiyasıdır. Məlumdur ki, allergiyanın səbəbi demək olar ki, hər hansı maddə ola bilər, buna görə Erius istisna deyil. Təlimatlara əsasən, yan təsirlər arasında çox nadir hallarda allergiyanın təzahürləri müşahidə edilə bilər: angionevrotik ödem, qaşınma (örə də daxil olmaqla), anafilaksiya. Allergiya simptomları baş verərsə, dərman qəbul etməkdən imtina etməli və təcili olaraq bir mütəxəssisə müraciət etməlisiniz.
1. Erius preparatının tibbi istifadəsi üçün təlimat
Erius şişkinliyi aradan qaldırırmı?
Eriusun tərkibində histamin H1 reseptorlarının blokatoru olan dezloratadin var. Preparatın təsiredici maddəsi histaminin hüceyrələrdəki reseptorları ilə qarşılıqlı əlaqəsinin qarşısını alır və damar divarının keçiriciliyini azaldır1, buna görə Erius allergiya mənşəli ödemləri aradan qaldırır, məsələn, allergik rinit zamanı burun tutulmasını aradan qaldırmağa kömək edir. Ürək və böyrək xəstəlikləri zamanı toxuma tərəfindən suyun tutulması zamanı isə preparatı istifadə etmək məqsədəuyğun deyil, çünki bu cür olan hallarda, ödemlərin əmələ gəlməsi mexanizmi fərqlənir.
1. Erius preparatının tibbi istifadəsi üzrə təlimat
Eriusu necə qəbul etməli - yeməkdən əvvəl yoxsa sonra?
Preparatı istifadə etməzdən öncə, pasiyentlərdə qanunauyğun olaraq belə bir sual yaranır: Eriusu necə qəbul etmək lazımdır - yeməkdən əvvəl yoxsa sonra? Erius preparatı qida ilə qarşılıqlı əlaqə yaratmır, buna görə, qida qəbulu vaxtından asılı olmayaraq, istifadə oluna bilər. Həblərin də, siropun da üstündən az miqdarda su içmək lazımdır1.
1. Erius preparatının tibbi istifadəsi üzrə təlimat
L.RU.MKT.CC.11.2020.3519